Friday, September 30, 2016

Əli Transmilli məni toyuna dəvət etmədi

Nərimanov metrosu tərəfdə müxalifətin, səhv etmirəmsə Müsavat Partiyasının aksiyası vardı.

Mülki geyimlilər, bir-bir əçcə uşaqları basıb maşına aparırdılar bölməyə.

Bu zaman gördük ki, Əli Transmilli polisin birinin əlindən müxalifətçi bir dostumuzu qapıb dedi ki, ver bunu mənə, özüm aparacam.

Polis də Əlinin yekə qarnınna, hündür boyuna baxıb, onu da mülki geyimli bir kolleqası olduğunu sanmışdı.

Bu olaydan sonra Transmilli ləqəbli Əli İbadovun nüfuzu sektorda daha da artmışdı.

Çox az adam vardı ki, onun agent olduğu anlayırdı. O adamlar da hisslərinə aldanmadıqları üçün Əlinin Transmilli agent olduğunu başa düşmüşdülər.

BDU-nu yenicə bitirmiş bir gənc oğlan, özü də MÜXALİFƏTÇİ Prado markalı maşın sürürdü, Bakıda bir neçə yerdə obyekt işlədirdi. Yasamalda böyük bir villa sahibi idi. Nə atası, nə bir başqa qohumunu da narahat edən yox idi. - Bu qədər fakt bəs deyildimi ki, şübhələnməyə ? Axı hökümətə qarşı çıxan adamı, hakimiyyət 1 aya çökdürür. Bəs bu adama niyə toxunmurdular ?

NİDA Vətəndaş Hərəkatının idarə heyətinin bütün gizli görüşlərindən tutmuş, İsa Qəmbərin evinə qədər sızmış bu adamı, o boyda ali təhsilli Rəşadət Axundov belə zamanında çözə bilməmişdi.

Əlinin agent olması bu adının çəkdiyim insanlara qaynar bir şillə kimi dəymişdi. O qədər qaynar idi ki, bu şilləni əlinin müxalifət yoldaşları yeməklərini qəbul etmək istəmirdilər. Hələ də utandıqlarından Əlinin ifşasını tam oalraq gənclərə açıqlamırlar.

Fikir vermisinizsə, Əlinin agent olması haqqında internetdə bir dənə də olsa material yoxdu. Əli keçmiş mənəvi atası Eldar Mahmudovun çubuşu idi. Ona görə də çubuşun xətrinə dəyməmək üçün Əli haqqında mənfi rəy yazanları Eldargil pazlaya bilərdilər.

Bu yazını niyə yazdım ?

Çünki, Əlinin keçən həftə toyu idi. Və mən başda olmaqla o bir çox yaxın mübarizə dostlarını Əli toya çağırmamışdı.

Müxalif düşərgədə Əli kimi çox suka, agent olub, indi də var. Hətta onların bəzilərini biz də hiss edirik. Ancaq, Əli sukadan da əlavə bizlərə çox yaxın bir dost idi, evimizin daxilinə qədər buraxdığımız bir DOST. Məhz bizi də ən çox bu incidir. Biz öz səhvimizi özümüzə yedizdirə bilmirik. Əlinin bizi toyuna çağırmağa sadəcə ÜZÜ qalmayıb.

Əli əvvəl MTN daxilində işləyirdi. MTN dağılandan sonra köhnə agentləri DTX  sikdir etmişdi. Özləri yeni agent komandası yığırdılar. Əli də bu səbəbdən sistemdən kənarlaşdırılmışdı. Toyunu da məcburən ertələməyə məcbur oldu. Əslində Əlinin toyu 2015-in Noyabrda olmalı idi.

Sonradan DTX siyasi sfera üçün deyil də, digər sektorlara sızmaq üçün Əlini yenidən əməkdaşlığa dəvət etdilər. Hardasa bir-iki  ay olar.

Əli, sən səhv elədin. Əslində satılmasaydın, səmimi qalsaydın, indi bəlkə də Prado sürə bilməyəcəkdin, amma ən azından müxalif gənclərin lideri olacaqdın. Bu İlham da gəldi gedərdi, bəlkə də gələcəyin bir naziri, bir prezidenti olardın. Amma hər şeyi pox elədin. Bilirəm, indi çox peşmansan. Hətta olub ki, intihar da etmək istəmisən. İntihar etməsən də, ən azından çıx get bu ölkədən. Get adını, soyadını dəyiş, başqa bir ölkədə sakit həyatını qur yaşa.

No comments:

Post a Comment