Friday, September 30, 2016

Əli dayı dedi ki, Elçibəyə şillə vurmuşam

Adnanla Eminin həbsindən sonra cəbheist sumqayıtlı qaqa Cabbar Savalanlının həbsi sektorda yaman can fəşanlıq yaratmışdı.

Bu canfəşanlığı da yaradanlardan əsas biri heç şübhəsiz cebheist gənclərin başı olan Əbülfəz Qurbanlı idi.

Cabbarı təzə həbs etmişdilər. Əbili ilə oturmuşduq Əli dayının kafesində. Yanımızda da hardasa facebook`dan tanıdığım, sonralar isə göt çıxacaq bir neçə nəfər idi. İctimai-siyasi mövzulardan göt-göt danışırdıq, bizə görə 2 ilə Əliyevi devirib, hakimiyyətə gəlirdik.

Bu kafenin yiyəsi Əli dayı da siz də məni bağışlayın, yaman osturaxçı kişi idi. Eləcə vır-vır danışardı.  Bu bizim masada olan söhbəti eşitdi və başladı icazəsiz comment verməyə. İstədi ki, bomba sözlər desin, amma vurub poxunu çıxartdı.

"Mən Elçibəylə bir yerdə həbsdə yatmışam. Ona başına bir qapaz da vurdum ki, ağıllanmırsan"

Bu sözlərdən sonra cebheistinlərin başı olan Əbülfəz Qurbanlı bütün AXCP üzvlərinə veto qoydu ki, bir daha o kafeyə getməyin. Əli dayının da eşşəyi beləcə öldü. Sonradan Əli dayının kafesini solçu gənclər tutmağa başladılar..

No comments:

Post a Comment